Dünya çempionatına start verildi
22.06.2013 - 02:14
Dünya çempionatına start verildi
Türkiyədə keçirilən 20 yaşlı futbolçulardan ibarət dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 6 qrupda 24 komandanın mübarizə apardığı mundialın ilk matç günündə 4 qarşılaşma baş tutub.

A qrupunda Fransa yığması Qana millisini ilə üz-üzə gəlib. Görüşdə Avropa təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib. Qrupun digər matçında isə İspaniya ABŞ-la qarşılaşıb. Bu oyunda da prineylilər meydandan qalib ayrılıb – 4:1.

B qrupunda isə Nigeriya ilə Portuqaliya, Kuba ilə Cənubi Koreya
münasibətlərinə aydınlıq gətirib. Görüşdə ikincilər 3 xala sevinib.

Qeyd edək ki, bu gün Kolumbiya ilə Avstraliya, Meksika Yunanıstan, Paraqvay Mali və Türkiyə El-Salvador qarşılaşacaq.