Karanka “Real”ı tərk edib, Mourinyonun yanına gedir
22.06.2013 - 03:04
“Real”ın məşqçisi Aytor Karanka “Kral klubu”nu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, son üç mövsüm Madrid təmsilçisini çalışdırmış Joze Mourinyonun köməkçisi də “Çelsi”yə getməyə yaxındır.
Daha əvvəl Karanka “Real”dan ayrılmağı düşünmürdü. Lakin sonradan komandanın prezidenti Florentino Peres klubun yeni baş məşqçisinin yardımçısı Zinəddin Zidanın olacağını bildirmişdi.
İspaniya mətbuatının məlumatına görə, 39 yaşlı məşqçinin qarşısında iki əsas variant var - Londona Mourinyonun yanına getmək və ya Birləşmiş Ərəb Əmirliklərinin klublarından birinin təklifini qəbul etmək.

0
0