Fransalı müdafiəçi “Valensiya”da qaldı
22.06.2013 - 04:20
Fransalı müdafiəçi “Valensiya”da qaldı
Bir neçə klublarının transfer siyahısında olan “Valensiya”nın müdafiəçisi Jeremi Matyo komandasını tərk etməyəcək. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu “yarasalar”da qalmağa qərar verib.

Fransa millisinin oyunçusu 2017-ci ilə qədər “Valensiya” ilə müqaviləsinin müddətini uzadıb.

Qeyd edək ki, Matyo “Valensiya”ya 2009-cu ildən “Tuluza”dan keçib. O, bu klubun heyətində 94 oyunda meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.