“Real”ın hücumçusu “Napoli”nin maraq dairəsinə düşdü
22.06.2013 - 05:02
“Real”ın hücumçusu “Napoli”nin maraq dairəsinə düşdü
İspaniya gənclər milli komandasının heyətində Avro-2013-ün qalibi olmuş Alvaro Morata İtaliya A seriyasında çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, “Real”ın 20 yaşlı hücumçusu “Napoli”nin maraq dairəsinə düşüb.

İddia edilir ki, Neapol təmsilçisinin baş məşqçisi Rafael Benites daha əvvəl Morata ilə bu haqda söhbət edib. “Napoli” yaxın günlərdə “Kral klubu”na rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Alvaro Morata 2012/13 mövsümündə “Real”ın heyətində 12 matçda forma geyinib və rəqib qapılarından 2 top keçirib.