“Milan” Boyan Krkiçi heyətində saxlayır
22.06.2013 - 05:48
“Milan” Boyan Krkiçi heyətində saxlayır
Son mövsümü “Milan”da icarə əsasında çıxış edən Boyan Krkiç yenidən komandasında qalacaq. Apasport.az saytının məlumatına görə, İtaliya klubu 22 yaşlı hücumçunu heyətində saxlayacaq.

Milanlılar yaxın günlərdə transfer hüquqları “Barselona”ya aid olan Krkiçin keçidi üçün danışıqlara başlayacaq. A seriyasının təmsilçisi kataloniyalılara 15 milyon avro verməyi düşünür.

Qeyd edək ki, Boyan 2011-2012 mövsümünü “Roma”nın heyətində icarə əsasında keçirib. Növbəti il isə Krkiç “Milan”ın şərəfini qoruyub.