Vlastimil Petrjela: Onun bu komandaya keçidi düzgün deyil
22.06.2013 - 09:37
Vlastimil Petrjela: Onun bu komandaya keçidi düzgün deyil
“Neftçi”nin çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjela vaxtilə çalışdırdığı “Zenit”də baş verən transferləri dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 60 yaşlı mütəxəssis rəhbərliyi altında oynamış Andrey Arşavinin yenidən Sankt-Peterburq təmsilçisinə qayıdışına sevinir.

Petrjela bildirib ki, Arşavin düzgün qərar verdiyi halda, Rusiya yığmasının kapitanı İqor Denisov “Zenit”i “Anji”yə dəyişməklə səhv addım atıb: “Arşavin üçün qayıdış ən yaxşı qərar olardı. Bu, ən düzgün addımdır. Əminən ki, o, Piterdə ən yüksək səviyyədə oynaya biləcək. Əgər Andrey oynamaq istəsə, o, həqiqətən super futbolçudur. Fikrimcə, Denisovun Mahaçqalada işləri getməyəcək. Axı o, “Zenit”in əsl yetirməsidir. Necə ki Kerjakov, Arşavin kimi. Bunlar hamısı Piterin futbolçularıdır. Denisov “Zenit”siz ola bilməyəcək. Onun üçün keçid düzgün deyil”.