Milinko Pantiç: “Bakı”da tam yeni komanda qurmaq olar
22.06.2013 - 10:00
 Milinko Pantiç: “Bakı”da tam yeni komanda qurmaq olar
“Bakıya səfərimdən razı qaldım. “Bakı”nın yaxşı şəraitinin olduğunu qeyd etmək istərdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın yeni baş məşqçisi Milinko Pantiç İspaniya televiziyasına müsahibəsində deyib. Komandanın çalışdırıcısı təyin edilənə kimi ölkəmizə tanışlıq məqsədilə səfər etmiş 47 yaşlı serbiyalı mütəxəssis onu çox yaxşı qəbul etdiklərini və şəraiti gördüyünü bildirib: “Baş məşqçiyə əsas işləmək üçün yaxşı şəraitdir ki, “Bakı” mənə bunu yaradır. Onun müasir bazası, öz stadionu var ki, burada məşq edib, oyunlarını keçirmək olar”.

“Atletiko”nun əvəzedici komandasının baş məşqçi postundan gələn Pantiç bu klubun “Bakı” ilə müqavilə imzalamasından sonra Azərbaycan haqda informasiyasının olduğunu etiraf edib: “Bunadək ehtimal etmirdim ki, Azərbaycanda idmana, xüsusilə futbola belə diqqət göstərilir. Bu ölkədə futbolu çox sevirlər. Mənə Azərbaycan futbolunun əvvəllər hansı vəziyyətdə olmağı və indi necə dəyişildiyi haqda çox danışıblar”.

“Bakı” haqda informasiyalar toplamaqla məşğul olan serbiyalı heyətdə növbəti mövsümdə istifadə edə biləcəyi yaxşı futbolçuların olduğu haqda məlumatlıdır: “Əsas odur ki, “Bakı”nın rəhbərliyinin gələcəklə bağlı böyük planları var. Klubun sahibi bir neçə il uğurlu çıxış edəcək komanda yaratmaq istəyir. Onların sabit oyun və nəticəni görmək istəmələri məni sevindirir”.

Pantiç hələ ki komandaya yeni futbolçuların dəvət etməməyi planlaşdırır ki, bunu heyətindəki milli üzvlərinin yaxşı səviyyəli olmaları ilə əlaqələndirir: “Sadəcə, onlarda müsbət keyfiyyətləri görüb, hər şeyi yenidən qurmaq lazımdır. Legionerlərin gətirilməyi mümkündür. Ancaq mən iş başında əvvəl azərbaycanlı futbolçuları görmək istərdim. Mənə elə gəlir ki, “Bakı”da tam yeni komanda qurmaq olar. O, Avropaya çıxmadığından, çempionatın medalçısı olmadığından artıq indidən bütün problemləri həll etmək lazımdır. Bu, növbəti mövsümdə uğursuzluğun təkrarlanmamağı üçün lazımdır”.

Qeyd edək ki, bu gün Bakıya 3 köməkçisi ilə gələn Pantiçlə növbəti həftənin əvvəlində müqavilə imzalanaraq, təqdimatı olacaq.