Messi “Qızıl top”dan imtina etməyə hazırdı
22.06.2013 - 11:22
Messi “Qızıl top”dan imtina etməyə hazırdı
Son 4 il dünyanın ən yaxşı futbolçusu seçilən argentinalı Lionel Messi çatmaq istədiyi ən böyük məqsədini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 26 yaşlı hücumçusu üçün qazandığı “Qızıl top”dan da qiymətli mükafat var.

Belə ki, Messi hələ də qazana bilmədiyi dünya çempionluğunun həsrətində olduğunu bildirib: “Əgər mənə “Qızıl top”la dünya çempionatında qələbə arasında seçim etmək təklif olunsaydı, əlbəttə, ikinciyə üstünlük verərdim. Nəhayət ki Argentina yığması ilə dünya çempionu olmaq istəyirəm. Bu, hələ ki qazanmadığım yeganə turnirdir. Onu anlamaq mənin üçün xoş deyil”.