“Kanalesin “Neftçi”dən tələb etdiyi pul onun səviyyəsinə uyğun deyil”
22.06.2013 - 13:00
“Avrokuboklarda iştirakçılarımızdan heyətini ən çox itirən “İnter”dir. Komanda ötən mövsümdə olduğu kimi hücumçu problemini həll etməlidir. Cəlb etdikləri Aleksandr İaşvili təcrübəli hücumçu kimi kömək edə bilsə də, artıq 35 yaşı var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. Avropa miqyaslı turnirlərdə ölkəmizi təmsil edəcək klubların heyətlərini dəyərləndirən 66 yaşlı mütəxəssis “İnter”in heyətdəki bağlı itkiləri doldurmalı olduğunu düşünür: “Komandadan müdafiəçilər çox getdiyindən, arxa xətdə boşluqları aradan qaldırmaq lazımdır. Vaxt isə azdır. “İnter”i Avropa Liqasında digər təmsilçilərimiz kimi artıq iyulun 4-də ilk oyun gözləyir. Ona görə də klublar futbol ilinin hazırlığına əvvəldən, qışdan başlamaq lazımdır. Həmin vaxt problemli mövqelər üzrə futbolçular axtarışına çıxıb, mövsüm bitən kimi transferləri etməlisən. Özü də baxışa çağırmaq yox, bəyənib birbaşa transfer etmək lazımdır. Komanda Avropa oyunları öncəsi təlim-məşq toplanışına tam heyətlə yollanmalıır”.
Mircavadov ötən çempionatımızda vurduğu 26 qolla bombardir olan “Neftçi”nin çilili hücumçusu Nikolas Kanalesin gedişinə də münasibət bildirib. O, vaxtilə çalışdırdığı komandanın legionerə böyük etimad göstərdiyini bildirib: “Gəlin, görək Kanales “Neftçi”yə gələnə kimi kim idi? Onu ilk gələndə Azərbaycanda tanımırdılar. Ancaq “Neftçi” ona böyük etimad göstərdi və legioner də bunun qarşılığını verdi. Hətta elə matçlar olurdu ki, Nikolas zəif oynayıb. Ancaq baş məşqçi Böyükağa Hacıyev yenə ona güvənirdi. Yəni müqaviləsi bitən çilili bütün bunları nəzərə almalı idi. Bildiyimə görə, o, qiymətini qaldıraraq yeni müqaviləyə görə çox pul istəyib. Ancaq bu, onun futbolçu kimi səviyyəsinə uyğun deyil. Düzdür, Kanales komandanın sisteminə uyğunlaşmışdı. Ancaq yeni gələn hücumçu da “Neftçi”də belə tez adaptasiya ola bilər. Üstəlik, Bahodir Nasomov formasını yığır. Onun Özbəkistan yığmasının heyətinə Qətərə qalib gəldikləri, 2 qol vurduğu rəsmi matçı izlədim və oyununu bəyəndim”.
Mehman SÜLEYMANOV

0
0