“Krasnodar” futbolçularını “İnter”lə oyuna buraxmayacaq
22.06.2013 - 13:50
“Krasnodar” futbolçularını “İnter”lə oyuna buraxmayacaq
Rusiyanın “Krasnodar” klubu “İnter”lə bugünkü yoxlama oyununda 3 futbolçusunu qoruyacaq. Apasport.az saytının məlumatına görə, qapıçı Dmitri Sinitsın, yarımmüdafiəçi Drinçiç və hücumçu Musa Konate meydana buraxılmayacaq. Hər 3 oyunçu tibbi göstəricilərə görə kənarda qalacaq.

Qeyd edək ki, komandalar Avstriyadakı təlim-məşq toplanışında bu gün saat 17:00-da üzləşəcək.