“Rəvan” bəyənmədi, Moldova çempionatının mükafatçısı aldı
22.06.2013 - 14:05
“Rəvan” bəyənmədi, Moldova çempionatının mükafatçısı aldı
“Rəvan”ın moldovalı sabiq futbolçusu Nikolay Orlovski vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, bakılıların ötən mövsüm bitəndən sonra müqaviləsini uzatmadığı 28 yaşlı mərkəz müdafiəçisi “Daçiya”ya sonradan 1 il uzadılmağı şərti ilə 1 illik anlaşmaqla keçib. Moldova çempionatının gümüş medalçısı bu transferi artıq rəsmən açıqlayıb.

Bununla da Nikolay 1 illik fasilədən sonra Moldovada oynayacaq. O, keçən yay ölkəmizə gələnə kimi “Olimpiya”da oynayırdı. Orlovski vətənində “Lokomotiv”, “Olimpiya-2”, “Nistru”da da çıxış edib.

Qeyd edək ki, “Daçiya” Avropa Liqasında ölkəsini təmsil edəcək.