“Neftçi”dən hücumçusunu icarəyə götürmək təklifimizə cavab gözləyirik”
22.06.2013 - 14:49
AZAL Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanovu heyətinə cəlb etmək üçün addım atıb. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov apasport.az saytına açıqlamasında 21 yaşlı hücumçu ilə bağlı onun müqavilə ilə məxsus olduğu “Neftçi”yə rəsmi təklif etdiklərini bildirib.
Belə ki, Ruslanın ötən mövsüm icarədə keçirdiyi “Sumqayıt”la anlaşması bitib. Yusifov Qurbanovu 1 illik icarəyə götürmək istədiklərini bildirib: “Bununla əlaqədar “Neftçi”yə rəsmi müraciət etmişik və indi ona cavab gözləyirik. Maraqlandığımız digər futbolçu Tofiq Mikayılovdur. Ancaq yarımmüdafiəçinin “Rəvan”la 1 illik müqaviləsi var. Biz isə başqa klubla müqaviləsi olan futbolçunu transfer etməkdə maraqlı deyil. Əgər Tofiq “Rəvan”la məsələsini həll edib, transfer vərəqini ala bilsə, onun heyətimizə qata bilərik”.

0
0