AZAL-ın vitse-prezidenti Strasbuqrda idmanımızdan danışdı
22.06.2013 - 15:07
AZAL-ın vitse-prezidenti Strasbuqrda idmanımızdan danışdı
İyunun 19-20-də Fransanın Strasburq şəhərində Avropa Şurasının idmanla bağlı tədbiri keçirilib. Apasport.az saytının məlumatına görə, bu, kütləvi idman tədbirlərində və xüsusilə futbol oyunlarında azarkeş zorakılığına qarsı konvensiyasının işçi qrupunun 36-cı iclası olub.

Orada ölkəmizi Azərbaycan Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı mütəxəssisi Fikrət Hüseynov və qurumun beynəlxalq şöbəsinin əməkdaşı Atif Qəmbərov təmsil edib. Tədbirdə stadion ve qapalı məkanlarda pirotexnikalardan istifadəyə qarşı müzakirələr aparılıb, buna qarşı reklamların yerləşdirilməsi, stadionlara girişdə ciddi yoxlamaların aparılmasi məsələləri ətrafında geniş müzakirələr gedib. Nümayəndə heyətinin üzvləri həmçinin ölkəmizdəki idman vəziyyəti haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıblar.

Qeyd edək ki, Hüseynov eyni zamanda AZAL klubunun vitse-prezidentidir.