Baş məşqçinin futbolçu oğlu dünyasını dəyişdi
22.06.2013 - 15:56
Baş məşqçinin futbolçu oğlu dünyasını dəyişdi
Xorvatiya futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu Alan Pamiç səhhətində yaranan problem üzündən dünyasını dəyişib. Serbiyanın “İstra” klubunun oyunçusu əvəzedici komandası ilə yoxlama matçından öncə ürək dayanmasından ölüb.

Birdən ürəyində problem yaranan Alanın həyatını xilas etmək mümkün olmayıb. Pamiç bunadək vətənində “Rieka” və Belçikada “Standard”da oyanyıb. Mərkəz yarımmüdafiəçisi keçən mövsüm Xorvatiya çempionatında 14 oyunda 1 qol vurub. Alanın atası “İstra”da baş məşqçisi İqor Pamiç idi.