“Toşak bizimlə dost kimi davranır”
22.06.2013 - 16:10
“Xəzər Lənkəran” klubunun mövsümlərarası fasilədə transfer etdiyi mərakeşli yarımmüdafiəçi Zohair Benouahinin apasport.az saytına müsahibəsi
- Siz Lənkəran təmsilçisinin tarixinə ilk mərakeşli legioner kimi düşdünüz. Bu komandaya keçidiniz necə baş tutdu?
- AZAL-la müqaviləm bitdiyindən karyeramı başqa klubda davam etdirmək istədim. Bu zaman “Xəzər Lənkəran”dan gələn təklifi dəyərləndirdim. Bu komandaya keçidimə görə şadam. Hər şey yaxşıdır, super atmosfer var.
- Uzun illər oynadığınız bir komandadan digərinə keçməyə tərəddüd etmədiniz ki?
- 3 il AZAL-da oynadım, sonda isə komandamı dəyişmək istədim. Komanda yoldaşım Junior Nildo da “Xəzər Lənkəran”a gəldi. Baş məşqçi Con Toşakın məni heyətdə görmək istəməsinə sevindim.
- Artıq bir neçə gündür “Xəzər Lənkəran”ın düşərgəsindəsiniz. Təəssüratlarınız necədir?
- Super. Peşəkar klubdayam, heç bir problemimiz yoxdur.
- Hazırlıq necə keçir?
- Yaxşı. Gözəl şəraitdə məşq edirik.
- Karyeranızda ilk dəfə Toşak kimi məşhur mütəxəssisin rəhbərliyi altında oynayacaqsınız. Onu bir məşqçi və insan kimi necə xarakterizə edərdiniz?
- Əla məşqçidir. Sakit insandır, futbolçularla yaxşı ünsiyyət qurur. Yeri gələndə, bizimlə zarafatlaşır. Bilirsiniz, o, məşqdə bizimlə dost kimi davranır. Toşak futbolu gözəl bilir, əsl peşəkardır. Böyük klublarda - “Real”, “Deportivo” və “Beşiktaş”da baş məşqçi olub. Belə bir mütəxəssisin çalışdırdığı komandanın futbolçusu olmaq mənim üçün superdir.
- Ötən mövsüm Nildo ilə AZAL-da çox gözəl tandeminiz olub ki, bunun nəticəsində komandanın qollarının böyük əksəriyyətini siz vurmusunuz. “Xəzər Lənkəran”da da belə oyun, belə məhsuldarlıq göstərə biləcəksiniz?
- (gülür) İnşallah, buna çalışacağıq. “Xəzər Lənkəran”da özümü tam başqa futbolçu kimi göstərmək istəyirəm. Ümid edirəm ki, burada hər şey bizim üçün yaxşı olacaq.
- 2 gün sonra Avropa Liqasında rəqibiniz bəlli olacaq. Maraqlıdır, püşkdən nə gözləyirsiniz?
- (bir qədər düşünür) Buna püşkdə baxarıq. Hansı rəqiblə düşəcəyimizi bilmirəm.
- 2011-ci ildə Avroliqada AZAL-ın heyətində “Minsk”lə oyunda fərqlənmişdiniz. Ancaq mərhələ keçəcəyinizi gözlədiyimiz halda, buna nail olmadınız. Bəs bu dəfə hansı rəqibi arzulayır, hansını arzulamırsınız?
- Mən “Minsk” kimi yox, normal rəqib istəyirəm. Ancaq ciddi deyirəm, püşk haqda başqa nə deyəcəyimi bilmirəm (gülür). Kim düşsə, onunla da oynayacağıq. İnşallah, problemimiz olmaz.
- Turnirdə məqsədiniz nə olacaq? Hansı mərhələyə kimi irəliləməyi ümid edirsiniz?
- Hamı qrupa düşmək haqda düşünür.
- Buna nail olmaq üçün 4 mərhələ keçmək lazımdır. “Xəzər Lənkəran” bunu bacarmaq gücündədir?
- Şansımız var. Komandada yaxşı futbolçular var.

0
0