Samir Abasov: Əməliyyat uğurla keçdi
22.06.2013 - 16:14
Samir Abasov: Əməliyyat uğurla keçdi
"Sumqayıt"ın kapitanı Samir Abasov ölkə xaricində əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçunun diz nahiyəsindən əməliyyatı uğurla nəticələnib. Hazırda özünü yaxşı hiss edən Samir bu həftə Bakıya qayıdacaq.

Abasov klubunun rəsmi saytına açıqlamasında bərpa prosesini keçəndən sonra komandanın təlim-məşq toplanışına qoşulacağını bildirib: "Əməliyyat uğurla keçdi. Hazırda xəstəxanadayam. Həftənin bazar ertəsi günü son müayinə olacaq. Çərşənbə günü isə inşallah, Bakıya qayıdacağam. Son müayinədən sonra məşqə başlayacağım tarix məlum olacaq"