19 yaşlı müdafiəçi uğrunda "Milan" və "Yuventus" mübarizə aparacaq
20.03.2024 - 16:34
19 yaşlı müdafiəçi uğrunda "Milan" və "Yuventus" mübarizə aparacaq

Hüquqları "Leççe"yə məxsus olan perspektivli müdafiəçi Patrik Dorqu İtaliya A Seriyası nəhənglərinin diqqətindədir.

Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçunun transferində "Milan" və "Yuventus" klubları maraqlıdır.

Futbolçunun yay "transfer pəncərəsi"ndə Seriya A nəhənglərindən birinə qoşulması mümkündür.

Bu mövsüm Patrik 25 matçda iştirak edib, o, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Danimarkalının "Leççe" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Onun transfer qiyməti 7 milyon avro olaraq qiymətləndirilir.

0