44 addımlıq fərq - Rəşadla Maksim arasında
02.04.2021 - 14:09
Mart ayında keçirilən qarşılaşmalar Azərbaycan millisində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.
Apasport.az saytının məlumatına görə, yığmanın hazırkı heyətində rekordçu olan Maksim Medvedev 8-ci sıraya yüksəlib.
O, milli tarixinin rekordçusu Rəşad Sadıqovdan 44 oyun geri qalır. Yığmanın sabiq və indiki kapitanının arasında 6 futbolçu qərarlaşıb.
1. Rəşad Sadıqov - 111
2. Aslan Kərimov - 80
3. Kamran Ağayev - 79
4. Mahir Şükürov - 76
5-6. Mahmud Qurbanov - 75
5-6. Tərlan Əhmədov - 75
7. Qurban Qurbanov - 68
8. Maksim Medvedev - 67
0
0