60 milyonluq təklif
10.11.2022 - 10:02
60 milyonluq təklif

“Benfika”nın futbolçusu Antonio Silva karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Portuqaliya klubu müdafiəçisi üçün cəlbedici təklif alıb.

Adı açıqlanmayan Premyer Liqa nəhəngi Antonio üçün 60 milyon avro ödəmək istəyir. Bu klubun “Mançester Yunayted”lə “Liverpul”dan biri olduğu ehtimal edilir. Hər iki komanda Silvanın xidmətində maraqlıdır.

Qeyd edək ki, 18 yaşlı müdafiəçi cari mövsümün 9 matçında 2 qol vurub.

0