862 gündən sonra: Lixtenşteyndən Estoniyayadək
26.03.2022 - 11:13
862 gündən sonra: Lixtenşteyndən Estoniyayadək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qələbə həsrəti başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün Estoniyanı qəbul edən Milan Obradoviçin yetirmələri AVRO-2023-ün seçmə tsiklində ilk dəfə qalib gəlib.

İlk altı matçda cəmi 1 xal qazanan yığmamız 10 oyunluq qələbəsizlik seriyasını 3 cavabsız qolla qırıb. Komanda ötən tsiklin son 4 qarşılaşmasında ümumiyyətlə xal görməmişdi.

Millinin son uğuru 2019-cu il noyabrın 14-də qeydə alınmışdı. Evdə Lixtenşteyni 1:0 hesabı ilə yenən yığma növbəti uğuru 862 gün gözlənəli olub.

Qeyd edək ki, Estoniya üzərində 3:0 hesablı qələbə zamanı iki qola Musa Qurbanlı, digərinə Abdullah Xaybulayev imza atıb.