Açılış matçının hakimi açıqlandı – XXI turun
02.04.2021 - 16:49
Azərbaycan Premyer Liqasında XXI tura aprelin 3-də keçiriləcək bir oyunla start veriləcək.
Apasport.az saytının məlumatına görə, “Səbail”lə “Zirə” arasında baş tutacaq qarşılaşmanın təyinatları müəyyənləşib.
Qəsəbə təmsilçilərinin duelini Elçin Məsiyev idarə edəcək.
Premyer Liqa
XXI tur
3 aprel (şənbə)
17:30. “Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”
0
0