“Keşlə”nin hücumçusu Amil Yunanov mövsümün sonunda komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb Bakı klubundakı qeyri-müəyyən vəziyyətin davam etməsidir.
Şamaxıya köçməyə hazırlaşan “Keşlə”nin gələn mövsüm üçün büdcəsinin azaldılması istisna edilmir. Bu amil bir çox oyunçu kimi, Yunanovun da ayrılığına yol aça bilər.
29 yaşlı forvard sabiq komandası “Səbail”in maraq dairəsinə düşüb. “Keşlə”dən fərqli, yayda “Səbail”in heyətinin gücləndirilməsi gözlənilir. Rəhbərlik sabiq oyunçusunu heyətə qatmaqla hücumda rəqabəti artırmağı planlaşdırır.
Qeyd edək ki, Amil Yunanov “Keşlə”yə ötən ilin yayında məhz “Səbail”dən keçib.