Ayın futbolçusu seçildi – 5 qolla
02.04.2021 - 14:23
Ayın futbolçusu seçildi – 5 qolla

İngiltərə Premyer Liqasında martın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Lester”in hücumçusu Keleçi İhenaço bu ada layiq görülüb.

25 yaşlı forvardın ötən aydakı göstəriciləri həmkarlarını qabaqlamasına səbəb olub. Nigeriya millisinin üzvü ay ərzində Premyer Liqada keçirdiyi 3 oyunda 5 qol vurub.

Qeyd edək ki, Keleçi İhenaço cari mövsüm çempionatda 6 qola imza atıb.