Azərbaycan – Belarus matçının hakimləri açıqlandı
26.03.2022 - 10:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusla keçirəcəyi yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da baş tutacaq qarşılaşma yerli hakimlərə tapşırılıb.
Martın 29-dakı oyunda Əliyar Ağayev ədaləti qoruyacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Nicat İsmayıllı yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Belarus oyunu saat 19:00-da başlayacaq.
0
0