Azərbaycanla oyunöncəsi qələbəsiz qaldı
25.03.2022 - 19:23
Martın 29-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Latviya yığması Malta toplanışında ilk matçına çıxıb.
Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi Küveytlə yoldaşlıq oyununda üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 13-cü dəqiqədə Ahmad Al Defiri asiyalıları hesabda önə çıxarıb.
Millimizin rəqibi yalnız ikinci hissədə məğlubiyyətdən qaçıb. Roberts Savalnieks 59-cu dəqiqədə fərqlənib.
Qeyd edək ki, martın 29-da Azərbaycan Latviya, bu gün yığmamızla görüşən Malta isə Küveytlə üz-üzə gələcək.
0
0