Azərbaycanlı hakim Yunanıstanın oyununda
22.03.2022 - 13:22
FİFA referisi Rauf Cabarov təyinat alıb.
Apasport.az saytının məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iş başında olacaq.
Cabarov Yunanıstan – Lixtenşteyn qarşılaşmasında fit çalacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
Qeyd edək ki, bu oyun martın 25-də keçiriləcək.
0
0