Benzema “El Klasiko” öncəsi son məşqi buraxdı
19.03.2022 - 15:05
Benzema “El Klasiko” öncəsi son məşqi buraxdı

“Real”ın hücumçusu Kərim Benzemanın “Barselona” ilə oyunda iştirakı hələ də şübhə altındadır.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard “El Klasiko” öncəsi son məşqi buraxıb.

Fransa millisinin üzvü hələ də baldır əzələsindəki yüngül zədədən narahatdır. Onun prinsipial görüşdə meydana çıxıb-çıxmaması qarşılaşmanın startına bir neçə saat qalmış dəqiqləşəcək.

Qeyd edək ki, La Liqanın XXIX turu çərçivəsində sabah keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.