Benzema “Selta”nı gözləyir
24.03.2022 - 13:25
“Real”ın futbolçusu Kərim Benzema zədədən sonra tam bərpa olub.
Apasport.az saytının məlumatına görə, fransalı hücumçu La Liqanın növbəti oyununda meydana çıxa biləcək.
Bu matç aprelin 2-də keçiriləcək. Həmin gün madridlilər “Selta” ilə üz-üzə gələcək.
35 yaşlı forvard zədə üzündən “Real”ın öz meydanında “Barselona”ya 0:4 hesabı ilə uduzduğu “El-Klasiko”nu buraxıb. Benzema həm də millinin heyətinə çağırılmayıb.
Qeyd edək ki, Fransa millisi Fil Dişi Sahili və CAR-la yoldaşlıq oyunları keçirəcək.
0
0