“Çelsi”yə daha bir müştəri çıxıb.
Apasport.az saytının məlumatına görə, britaniyalı milyarder Nik Kendi London klubunun səhmlərini almaq niyyətindədir.
“Zadəganlar”ı “Blue Football” konsorsiumu vasitəsilə əldə etmək istəyən Kendi bunun üçün 3 milyard avro təklif edib. O, klubun hazırkı sahibi Roman Abramoviçin siyasətini davam etdirəcəyini açıqlayıb: “Meydanda və transfer bazarında hər şey sadədir. Bu modellə davam etmək lazımdır. Çünki “Çelsi”nin uğurundan hər şeyin sadəcə parlaq olduğunu görürük. Komanda əla futbol nümayiş etdirir, kuboklar qazanır. Roman orada inanılmaz iş görüb”.
Qeyd edək ki, Britaniya hökuməti tərəfindən sanksiyalarla üzləşən Roman Abramoviçə “Çelsi”ni satması üçün vaxt verilib.