Byelsa milliyə qayıdır
25.03.2022 - 15:13
Marselo Byelsa yenidən milli komandada çalışa bilər.
Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis Boliviya yığmasının baş məşqçisi postuna namizəddir.
Bunu Boliviya Futbol Federasiyasının prezidenti Fernando Kosta açıqlayıb. O bildirib ki, “Lids”in sabiq baş məşqçisi ilə danışıqlara başlanılıb. Byelsa əvvəllər Argentina və Çili millilərində də çalışıb.
Qeyd edək ki, hazırda Boliviya yığmasına venesuelalı Sesar Farias rəhbərlik edir.
0
0