Dibala PSJ variantını gözdən keçirir
24.03.2022 - 00:44
Dibala PSJ variantını gözdən keçirir

Paulo Dibala mövsümün sonunda “Yuventus”dan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin hücumçusu Turin klubu ilə mövsümün sonuna qədər olan müqaviləsini yeniləməyəcək.

29 yaşlı ön xətt oyunçusu artıq özünə yeni komanda axtarışındadır. O, ətrafındakılarla və yaxın münasibətdə olduğu futbolçularla PSJ-yə keçmək ehtimalını müzakirə edib. Parislilər argentinalı ilə üç il əvvəl - Leonardo idman direktoru kimi kluba qayıdanda maraqlanırdı. Daha sonra o, futbolçu ilə bir neçə dəfə danışıq aparsa da, transfer heç cür baş tutmayıb.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 29 oyunda 13 qol vurub, 6 assist edib.