Dibalaya İspaniyadan maraq
20.03.2022 - 00:34
Dibalaya İspaniyadan maraq

“Barselona” “Yuventus”un hücumçusu Paulo Dibalanı transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, oyunçunun yayda azad agent statusu daşıması kataloniyalıları həvəsləndirir.

La Liqa təmsilçisi argentinalı ilə anlaşa bilsə, onu heyətinə havayı cəlb edəcək. Çünki Dibalanın turinlilərlə müqavilə müddəti mövsümün sonuna qədərdir və yeni sazişlə bağlı danışıqlarda irəliləyiş əldə olunmayıb. 29 yaşlı futbolçunun həm hücumda, həm də pleymeyker mövqeyində oynamaq bacarığının olması “Barsa”nın baş məşqçisi Xavi Ernandesin ona maraq göstərməsinə səbəb olub.

Qeyd edək ki, Paulo Dibala 2025-ci ildən “Yuventus”da çıxış edir.