Dibalaya Londondan təklif
22.03.2022 - 23:30
Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, argentinalı “Arsenal”ın maraq dairəsindədir.
“Yuventus”un 28 yaşlı futbolçu ilə müqaviləni uzatmayacağını açıqlaması London klubunu ümidləndirib. “Topçular” futbolçunun agenti ilə əlaqə də qurub və təklifi müzakirə edib.
Qeyd edək ki, Paulo “İnter”lə “Atletiko”nun da transfer siyahısında yer alıb.
0
0