Dünyanı görməyən Avropa çempionları
25.03.2022 - 11:10
Dünyanı görməyən Avropa çempionları

İtaliya millisi dünya çempionatına vəsiqə qazana bilməyən 4-cü Avropa çempionu olub.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin qalibi Qətərdə təşkil olunacaq DÇ-2022-yə yollanmaq şansını pley-offun yarımfinalında itirib.

Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzan apenninlilərə qədər bu taleyi üç yığma yaşamışdı. Çexoslovakiya AVRO-1976, Danimarka AVRO-1992, Yunanıstan AVRO-2004-dəki zəfərdən iki il sonra dünya çempionatında oynamayıb.