Futbol turnirləri dayandırıldı – Sloveniyada
01.04.2021 - 17:14
Sloveniyada bütün futbol turnirləri dayandırılıb.
Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiayası səbəb olub.
Sloveniya Futbol İttifaqının bayrağı altında keçirilən bütün yarışlarda aprelin 1-dən 11-dək fasilə verilib. Buna hökumətin idman tədbirlərinin keçirilməsinə məhdudiyyətlər qoyması səbəb olub. Futbol qurumu müəyyən güzəştlər əldə etməyə çalışsa da, səyləri nəticəsiz qalıb.
0
0