III dövrənin son turunun cədvəli açıqlandı
23.03.2022 - 20:37
III dövrənin son turunun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra keçiriləcək matçlarla təxirə salınmış görüş nəzərə alınmamaqla III dövrə başa çatacaq.

"Bakcell Arena"da planlaşdırılan renovasiya işlərini əsas gətirən "Neftçi" "Zirə"yə qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, "Neftçi"nin müraciətini və "Zirə"nin razılıq məktubunu rəhbər tutan PFL bu komandalar arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Premyer Liqa
XXI tur
2 aprel (şənbə)
16:00. “Qarabağ” – “Səbail”

“Azersun Arena” 
18:15. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”

3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu 
17:15. “Neftçi” – “Zirə”
“Bakcell Arena”