İskonun arzusu – azad agent olmaq
08.02.2021 - 12:29
İspaniyanın “Real” klubunun futbolçusu İsko gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi müqaviləsi başa çatandan sonra Madrid təmsilçisindən ayrılmaq niyyətindədir.
“Kral klubu”nu tərk etmək istəyən İsko bunu azad agent kimi gerçəkləşdirmək istəyir. Bunun üçün futbolçu 2022-ci ilin yayını gözləməli olacaq.
Qeyd edək ki, İsko İtaliya “Yuventus”unun maraq dairəsindədir.
0
0