İtaliya millisinin baş məşqçisi postuna daha bir namizədin adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Real”ın baş məşqçisi Karlo Ançelotti yığmanın sükanı arxasına keçməyə namizəddir.
DÇ-2022-yə yüksəlmək şansını pley-offun Şimali Makedoniya ilə yarımfinal matçında (0:1) qaçıran italiyalıların Roberto Mançini ilə vidalaşacağı gözlənilir. Düzdür, federasiya rəhbərliyi mütəxəssisə güvənməkdə davam etdiyini açıqlasa da, öncə Fabio Kannavaro, ardınca Karlo Ançelottinin namizədlər sırasında olduğu üzə çıxıb.
Qeyd edək ki, “Real”ın da mövsümün sonunda Ançelotti ilə vidalaşacağı ehtimal olunur.