Kamran Ağayevin vəzifəsi dəqiqləşdi
22.03.2022 - 16:30
Bir neçə ay əvvəl Azərbaycan milli komandalarına məşqçi təyin olunan Kamran Ağayevin vəzifəsi konkretləşib.
Apasport.az saytının məlumatına görə, yığmanın sabiq qolkiperi əsas yığmada çalışacaq.
38 yaşlı veteran Canni de Byazinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Ağayev komandada qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, əvvəl bu postu Dmitri Kramarenko tuturdu. Sonradan Rusiya MOİK-ində eyni vəzifəyə təyin olunan çalışdırıcı yığmadan ayrılıb.
0
0