Kavani İtaliyaya qayıdır?
23.03.2022 - 17:54
Kavani İtaliyaya qayıdır?

“Mançester Yunayted”in hücumçusu Edinson Kavani karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “İnter” 35 yaşlı forvardla maraqlanır.

“Qırmızı şeytanlar”da qalmayacağı dəqiq olan Uruqvay millisinin üzvü A seriyasının çempionuna azad agent kimi keçə bilər. Çünki onun Premyer Liqa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Kavani eyni zamanda Braziliya klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, Edinson Kavani 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, daha əvvəl İtaliyada “Palermo” və “Napoli”nin formasını geyinib.