Kerem Aktürkoğluya daha iki müştəri
23.03.2022 - 14:19
Kerem Aktürkoğluya daha iki müştəri

“Qalatasaray”ın yarımmüdafiəçisi Kerem Aktürkoğlu daha iki klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, bu dəfə İngiltərə təmsilçiləri 23 yaşlı hücumameylli oyunçunu heyətinə qatmaq fikrindədir.

Bunlar “Tottenhem” və “Arsenal”dır. London klubları mövsümün sonunda onun transferi üçün Türkiyə klubu ilə danışıq aparacaq. Türkiyə millisinin üzvü “Atletiko” və “Lion”un da transfer gündəmindədir.

Qeyd edək ki, Kerem Aktürkoğlunun “Qalatasaray”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Türkiyə klubu onun transferindən 20 milyon avro qazanmaq istəyir.