İtaliyanın “Yuventus” klubu sabiq futbolçusu Moyze Kini heyətinə qatmaq istəyir.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi İngiltərə “Everton”una məxsus olub, icarə əsasında Fransa PSJ-sində çıxış edən hücumçunun geri qayıtmasında maraqlıdır.
21 yaşlı forvard A seriyası klubunun transfer siyahısında yer alıb. 2016-19-cu illərdə “Yuventus”da oynayan Kin “Everton”a 40 milyon avroya keçib.
Futbolçudan razı qalan PSJ rəhbərliyi də onun transfer hüququna yiyələnmək fikrindədir. “Everton”la müqaviləsi 2024-cü ildə başa çatacaq Moyze mövsümün sonunadək Paris klubunda oynayacaq.