Krespo Qətər klubunda
25.03.2022 - 01:25
Argentina millisinin sabiq futbolçusu Ernan Kresponun yeni iş yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, “İnter” və “Çelsi” klubların formasını geyinmiş hücumçu Qətər təmsilçisi “Əl-Duhail”in baş məşqçisi təyin edilib.
O, yeni vəzifəsində Luiş Kaştrunu əvəzləyib. Onun müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Kresponun son iş yeri Braziliya “San-Paulu”su olub.
0
0