İspaniya millisinin baş məşqçisi Luis Enrike istefa verəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis DÇ-2022-dən sonra komandadan ayrılacağını istisna etməyib.
O, Qətərdəki mundialda uğursuz çıxış edəcəkləri təqdirdə, millini tərk etməyə hazır olacağını söyləyib: “Mən indi cənnətdəyəm. Ancaq dərhal deyirəm ki, sonradan tənqid olmasın. Dünya çempionatında uğursuzluq olsa, gedəcəm. Bu baxımdan problem yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl Luis Enrikenin İspaniya Futbol Federasiyası ilə müqavilə müddətini 2024-cü ilə qədər uzatmağa razılıq verdiyi bildirilir. Dünya çempionatı bu ilin noyabr-dekabrında keçiriləcək.