Luka Modriçə əvəzləyici
22.03.2022 - 15:08
“Lester”in futbolçusu Ceyms Meddison “Real”ın maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi 24 yaşlı yarımmüdafiəçini Luka Modriçin əvəzləyicisi kimi görür.
Bu keçid üçün madridlilər 80 milyon avro xərcləməlidir. Meddisonun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Ceyms 2018-ci ildən “tülkülər”in formasını geyinir. O, cari mövsümün 40 oyununda 13 qol vurub.
0
0