Malta – Azərbaycan oyununun hakimi dəyişdirildi
25.03.2022 - 18:21
Malta – Azərbaycan oyununun hakimi dəyişdirildi

Azərbaycan millisinin Malta ilə bu gün keçiriləcəyi yoldaşlıq oyununun hakimi dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, Maltadakı matçı baş hakim kimi idarə etməli olan Alexandro Hernandes bu qarşılaşmada olmayacaq.

Onu öncədən dördüncü hakim kimi təyinat alan Sesar Soto Qrado əvəzləyib. O, Ta Qalidəki Milli stadiondakı görüşün baş hakimi olacaq. Dördüncü hakim isə maltalı Emanuel Qrex təyin edilib. 

Qeyd edək ki, Jose Naranjo və Ángel Nevado baş hakimin köməkçiləri kimi qalıb.
 

0