Messi “Monako” ilə oyunu buraxa bilər
19.03.2022 - 11:24
PSJ-nin hücumçusu Lionel Messi Liqa1-in XXIX turunda “Monako” ilə oyunu buraxa bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb argentinalı superulduzun səhhətində problem yaranmasıdır.
35 yaşlı oyunçu xəstələndiyi üçün dünənki məşqdə iştirak etməyib. Onun “Monako” önündə meydana çıxması bugünkü məşqdəki durumundan asılı olacaq. Məşqçilər korpusu yalnız bundan sonra qərar verəcək.
Qeyd edək ki, sabah keçiriləcək “Monako” – PSJ görüşü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
0
0