Mesut Özil MLS klubuna keçir
26.03.2022 - 22:55
Mesut Özil MLS klubuna keçir

“Fənərbaxça”da məşqçilər korpusu tərəfindən heyətdən kənarlaşdırılan Mesut Özil mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq futbolçusunun meneceri Erkut Söyüt rəhbərlik tərəfindən danışığa çağırılıb.

Tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamını müzakirə edəcək. 33 yaşlı yarımmüdafiəçi artıq özünə yeni komanda axtarışına başlayıb. O, ABŞ-dan gələn təklifləri dəyərləndirir. Mesutun əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə keçməsi gözlənilir. MLS klubu ilə ilkin danışıq müsbət məcrada keçib.

Qeyd edək ki, Mesut Özilin “Fənərbaxça” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.