Millidə itkilər
25.03.2022 - 11:49
Millidə itkilər

Braziliya millisi iki itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Neymarla Vinisius DÇ-2022-nin KONMEBOL üzrə seçmə mərhələsinin son turunu buraxacaq.

Hər iki oyunçu cəzalı duruma düşüb. Onlar XVII turun Çili ilə matçında sarı vərəqə alıb. Bu, Neymarın 4-cü, Vinisiusun 2-ci xəbərdarlığı olub.

4:0 hesablı qələbəyə hərəyə bir qolla töhfə verən ulduzlar Boliviya ilə səfər görüşündə istirahət edəcək. 

Qeyd edək ki, Braziliya DÇ-2022-yə vəsiqəni təmin edib.