Millimizdən məhsuldar heç-heçə
25.03.2022 - 18:08
Millimizdən məhsuldar heç-heçə

Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. 

Apasport.az saytının məlumatına görə, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesabı ilə başa çatıb. 

Fasiləyə məğlub yollanan millimiz 51-ci dəqiqədə Əşrəf Ələkbərli və 60-cı dəqiqədə Dinamin Bağırovla hesabda irəli çıxıb. Rəqib komanda 62-ci dəqiqədə penaltidən yararlana bilməyib. Millimizin qapıçısı Sadiq Məmmədzadə penaltini dəf edib. Amma meydan sahibləri məğlubiyyətdən qaça bilib – 2:2.